• 27 °C
|

Xaricə tur paketlər vəd edərək pul ələ keçirməkdə şübhəli bilinən şəxs beynəlxalq axtarışa verilib

18 İyun 2026
img

Xarici ölkələrə tur paketlər təşkil etmək vədi ilə vətəndaşların pul vəsaitlərini ələ keçirməkdə şübhəli bilinən şəxs barəsində beynəlxalq axtarış elan olunub.

APA-nın xəbərinə görə, 1995-ci il təvəllüdlü Şen Faida Zülfüqar qızı barəsində dələduzluq əməlləri ilə bağlı Xətai Rayon Polis İdarəsində cinayət işi başlanıb. Müəyyən edilib ki, o, ölkəni tərk edib.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri görülür.