• 30 °C
|

Zaqatalada su hovuzunu təmir edən kişi yanıb

20 İyun 2026
img

Zaqatalada su hovuzunu təmir edən 32 yaşlı kişi ağır yanıq xəsarəti alıb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında rayonun Aşağı Tala kəndində baş verib.

Belə ki, rayonun Dağlı kənd nümayəndəliyində qeydiyyatda olan, Aşağı Tala kəndində yaşayan 32 yaşlı Taleh İdrisov yaşadığı ünvanda su hovuzunda təmir işləri aparan zaman təbii qazdan istifadə edib.

Təbii qazla ehtiyatsız davranan Taleh İdrisov müxtəlif dərəcəli yanıq xəsarətləri alıb, lazımi tibbi yardım göstərilib, ona gövdənin 3-ü dərəcəli termiki yanıq xəsarəti diaqnozu qoyulub.

Taleh İdrisovun vəziyyəti nəzərə alınaraq müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birini göndərilib.

Faktla bağlı araşdırma aparılır.