22 İyn 2026

Böyük Britaniyanın hakim Leyboristlər Partiyasının yeni liderinin seçilməsi prosesi iyulun 9-da başlayacaq.
APA xəbər verir ki, bu barədə Kir Starmer Böyük Britaniyanın Baş naziri vəzifəsindən istefa verməsi ilə bağlı çıxışında bildirib.
“Leyboristlər Partiyasının yeni liderinin seçkiləri iyulun 9-da başlayacaq. Mən bu seçkilərdə iştirak etməyəcəyəm”, – Starmer qeyd edib.
Onun sözlərinə görə, partiyanın yeni lideri parlament sentyabr ayında fəaliyyətini bərpa etməzdən əvvəl seçiləcək.