23 İyn 2026

“Qətər dondurulmuş İran aktivlərinin xərclənməsinə nəzarət mexanizminin yaradılmasına kömək edəcək”.
APA xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens jurnalistlərə verdiyi açıqlamasında bildirib.
"Bu məsələyə dünən toxunuldu. Əslində, biz qətərlilərdən pulun istədiyimiz yerə getməsini təmin etmək üçün bir mexanizm yaratmağımıza kömək etmələrini istədik. Onlar da buna razı oldular", – Vens deyib.