• 25 °C
|

ABŞ Hörmüz boğazından tədarükün böhrandan əvvəlki səviyyəyə qayıtdığını açıqlayıb

23 İyun 2026
img

Hörmüz boğazından neft və qazın daşınması artıq böhrandan əvvəlki səviyyəyə qayıdıb.

APA xəbər verir ki, bunu ABŞ-ın energetika naziri Kris Rayt bildirib.

"Biz Hörmüz boğazından neft və təbii qazı böhrandan əvvəlki səviyyələrdə daşıyırıq. Biz bu səviyyəni aşa da bilərik", – nazir deyib.

Rayt onu da əlavə edib ki, iki gün əvvəl Hörmüz boğazından rekord gündəlik enerji tədarükü qeydə alınıb.