|

KİV: ABŞ ordusu Ukraynadakı döyüşləri imitasiya edən poliqonlar yaradacaq

24 İyun 2026
img

ABŞ Quru Qoşunları Ukraynadakı müasir döyüş şəraitini modelləşdirən iki xüsusi təlim poliqonu yaratmağı planlaşdırır.

Bunu ABŞ Quru Qoşunlarının naziri Den Driskoll "CBS News"a açıqlamasında deyib.

Onun sözlərinə görə, poliqonlarda pilotsuz uçuş aparatlarının geniş tətbiqi, radioelektron mübarizə və müasir döyüş əməliyyatlarının digər elementləri imitasiya ediləcək.

Driskoll bildirib ki, hərbçilər burada yeni texnologiyalarla işləməyi öyrənəcək və silah istehsalçıları ilə birbaşa əməkdaşlıq edə biləcəklər.

ABŞ ordusu eyni zamanda xaricdə də daha geniş imkanlara malik oxşar təlim mərkəzinin yaradılması üçün uyğun məkan axtarır.