2026-cı il dünya çempionatında bu gün qrup mərhələsinin III turuna start verilib.
Apasport.az xəbər verir ki, ilk oyun günündə C qrupunun iki görüşü baş tutub.
Mərakeş millisi Haiti ilə qarşılaşıb. Afrikalılar 2 dəfə geriyə düşdüyü qarşılaşmadan qələbə ilə ayrılmağı bacarıb: 4:2.
Bu nəticədən sonra Mərakeş 7 xalla qrupu 2-ci pillədə tamamlayıb. Haiti son pillədə qərarlaşaraq mundialı xalsız tərk edib.
Qrupun digər matçında isə Şotlandiya Braziliya ilə münasibətlərinə aydınlıq gətirib. Görüş "sambaçılar"ın 3:0-lıq qələbəsiylə başa çatıb. Xallarının sayını 7-yə çatdıran Braziliya qrupu ilk pillədə bitirib. Şotlandiya isə 3 xalla 3-cü yerdə qərarlaşıb.
Hər iki qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 02:00-da səslənib.
DÇ-2026
B qrupu, III tur
25 iyun
02:00. Mərakeş – Haiti 4:2
Qol: Bono (ö.q), 10, Hakimi, 39, İsidor, 43, Saibari, 45+1, Rahimi, 78, Yassine, 89
02:00. Şotlandiya – Braziliya 0:3
Qol: Vinisius, 7, 45+4, Kunya, 61