26 İyn 2026

Almaniya millisinin qapıçısı Manuel Noyer futbol üzrə dünya çempionatlarında keçirdiyi oyunların sayına görə Argentina əfsanəsi Dieqo Maradonanı geridə qoyub.
APA xəbər verir ki, Noyer Ekvadorla qrup mərhələsinin III tur oyununda start heyətində meydana çıxmaqla mundiallarda 22-ci matçını keçirib.
Beləliklə, o, bu göstəricidə turnir tarixində 6-cı pilləyə yüksəlib. Noyeri yalnız Lionel Messi (28), Lotar Matteus (25), Miroslav Kloze (24), Kriştianu Ronaldu (24) və Paolo Maldini (23) qabaqlayır.