
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Lənkəran rayonunun İstisu qəsəbəsində mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə vətəndaşların itkin düşməsi barədə məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Cənub Regional Mərkəzinin xilasediciləri əraziyə cəlb olunub.
Məlumatda bildirilib ki, xilasedicilər tərəfindən həyata keçirilən axtarış-xilasetmə tədbirləri nəticəsində çətin keçidli dağlıq-meşəlik ərazidə yolunu azaraq itkin düşən 8 nəfərin yeri müəyyən edilərək xilas edilib.
Qeyd edilibki, axtarışlarda Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və kənd camaatı da iştirak edib.