|

Səfir: Britaniya Azərbaycanla tərəfdaşlığı daha da gücləndirməkdə qərarlıdır

26 İyun 2026
img

Britaniya səfiri Duncan Norman Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə Şəhidlər xiyabanını ziyarət edib.

APA xəbər verir ki, bu barədə diplomat “X” səhifəsində bildirib.

O, həyatınıAzərbaycanınmüdafiəsinə həsr etmiş insanların xatirəsini ehtiramla yad edib.

“Böyük Britaniya Azərbaycanla müdafiə sahəsində inkişaf edən əməkdaşlığı yüksək qiymətləndirir və tərəfdaşlığımızı daha da gücləndirməkdə qərarlıdır”, – səfir qeyd edib.