|

Tramp yeni ABŞ pasport dizaynını təqdim edib

27 İyun 2026
img

ABŞ Prezidenti Donald Tramp cümə günü yeni ABŞ pasportunun dizaynını nümayiş etdirib etdi.

APA xəbər verir ki, Tramp yeni pasportun dizaynını öz “Truth” hesabında paylaşıb.

Tramp yeni dizaynın şəklini paylaşaraq yazıb: "Xoş gəlmisiniz, amma yaxşı olun" yazısı olan yeni ABŞ pasportu".

Trampın təqdim etdiyi şəkildə onun portreti 1776-cı ildə imzalanmış ABŞ Müstəqillik Bəyannaməsinin mətni və ABŞ bayrağının elementləri ilə çərçivəyə alınıb. Qızılı qabartma ilə dövlət başçısının şəxsi imzası tamamlanıb.

Pasportun digər tərəfində isə "Müstəqillik Bəyannaməsi"nin imzalanmasını göstərən və altındakı "Amerika Birləşmiş Ştatları 250" yazısı olan qravür təsvir olunub.

Qeyd edək ki, aprel ayında ABŞ Dövlət Departamenti ABŞ-ın müstəqilliyinin 250 illiyini qeyd etmək üçün Trampın rəsmi portreti də daxil olmaqla xüsusi dizaynlı məhdud sayda pasportun hazırlanacağını açıqlamışdı.