• 22 °C
|

Argentina Prezident Administrasiyasının rəhbəri korrupsiya iddiaları fonunda istefa verib

28 İyun 2026
img

Argentina Prezidenti Xavyer Mileyin Administrasiya rəhbəri Manuel Adorni korrupsiya iddiaları fonunda vəzifəsindən istefa verib.

Bu barədə "Reuters" məlumat yayıb.

Adorni son illərdəki xərcləri ilə bağlı başladılan araşdırmalardan sonra istefa qərarı verib.

O, ötən ilin noyabrında Administrasiya rəhbəri təyin olunmuşdu və 2023-cü ilin sonunda Miley hakimiyyətə gəldikdən sonra əvvəlcə onun mətbuat katibi vəzifəsini icra edib.

"10 dekabr 2023-cü ildən bəri ilk dəfədir ki, sizin istəyinizin əksinə hərəkət edirəm. Bu mərhələni arxada qoyuram. Vicdanım rahat şəkildə gedirəm", – Manuel Adorni istefa məktubunda Prezidentə müraciətində bildirib.