• 25 °C
|

AB rəsmiləri Türkiyəyə səfər çərçivəsində Hakan Fidanla görüşəcəklər

29 İyun 2026
img

Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas, Aİ-nin genişlənmə məsələləri üzrə komissarı Marta Kos və Aİ-nin daxili işlər və miqrasiya üzrə komissarı Maqnus Brunner Maqnus Brunner 29-30 iyun tarixlərində Türkiyəyə səfər edəcəklər.

APA xəbər verir ki, bu barədə Aİ-nin Xarici Əlaqələr Xidmətinin (EEAS) açıqlamasında deyilir.

Məlumata görə Kallas, Kos və Brunner səfərlər zamanı Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşəcəklər.

Səfərin 7-8 iyul tarixlərində keçiriləcək NATO-nun Ankara Zirvəsindən əvvəl baş tutacağı vurğulanan açıqlamada deyilir:

"Səfər, Türkiyənin namizəd ölkə və NATO müttəfiqi statusu kontekstində Aİ-Türkiyə münasibətlərini nəzərdən keçirmək, getdikcə qeyri-sabitləşən geosiyasi mühitdə qarşılaşdığı ortaq problemləri müzakirə etmək və əməkdaşlıq üçün yeni yollar axtarmaq üçün bir fürsət olacaq".