• 24 °C
|

Tramp neftin qiymətinin aşağı düşdüyünü bildirir

29 İyun 2026
img

ABŞ Prezidenti Donald Tramp İranla bağlı siyasətinin nəticə verdiyinə işarə edərək, WTI markalı xam neftin qiymətinin bir barel üçün 69 dollara düşdüyünü və ucuzlaşmanın davam etdiyini bildirib.

APA xəbər verir ki, Tramp bu barədə “Truth Social” hesabında yazıb.

“WTI markalı xam neftin qiyməti 69 dollardır və enməkdə davam edir. Bu, İranın nüvəsizləşdirilməsi prosesinə başlamazdan əvvəlki qiymətdən də aşağıdır”, – Tramp qeyd edib.