|

Ərəb dənizində ABŞ helikopteri qəza enişi edib, hərbçi itkin düşüb

1 İyul 2026
img

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus "MH-60S Seahawk" helikopteri Ərəb dənizinə məcburi eniş edib, ekipaj üzvlərindən biri itkin düşüb.

APA xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) “X” sosial şəbəkəsində məlumat yayıb.

Bildirilib ki, "USS George H.W. Bush" aviadaşıyıcısına təhkim olunmuş "MH-60S Seahawk" helikopteri iyulun 1-də Ərəb dənizinə məcburi eniş edib.

Helikopterin dörd ekipaj üzvündən üçü xilas edilərək aviadaşıyıcının göyərtəsinə çatdırılıb.

Onların vəziyyətinin stabil olduğu qeyd edilir.

Hazırda dördüncü hərbçinin axtarışları ABŞ Hərbi Dəniz Qüvvələrinin xilasedici qrupları tərəfindən davam etdirilir.