
2026-cı il dünya çempionatında bu gün 1/8 final mərhələsinin oyunlarına start verilib.
Apasport.az xəbər verir ki, günün son qarşılaşmasında Fransa və Paraqvay milliləri üz-üzə gəlirlər.
Görüş Bakı vaxtı ilə saat 01:00-da başlayıb.
Oyunun ilk hissəsində hesab açılmayıb.
Fransa axtardığı qolu 70-ci dəqiqədə vura bilib. Kilian Mbappe penaltidən dəqiq oynayıb.
Qeyd edək ki, Fransa 1/16 final mərhələsində İsveçi, Paraqvay isə Almaniyanı məğlub etmişdi.
DÇ-2026
1/8 final
5 iyul
01:00. Paraqvay – Fransa 0:1
Qol: K. Mbappe (pen), 70
Paraqvay: Hil, Kaseres, Velaskes, Qomes, Alderete, Alonso, Dieqo Qomes, Kubas, Qalarsa, Almiron, Ensiso
Fransa: Menyan, Din, Saliba, Upamekano, Kunde, Rabyo, Kone, Barkola, Olise, Dembele, Mbappe