• 26 °C
|

Tramp fırtınaya baxmayaraq Vaşinqtondakı çıxışını ləğv etməyəcəyini açıqlayıb

5 İyul 2026
img

ABŞ Prezidenti Donald Tramp güclü ildırım və fırtınaya baxmayaraq, ABŞ-ın Müstəqillik Bəyannaməsinin imzalanmasının 250 illiyi münasibətilə Vaşinqtonda planlaşdırılan çıxışını ləğv etməyəcəyini açıqlayıb.

APA xəbər verir ki, Tramp bu barədə öz “Truth Social” hesabında məlumat verib.

O bildirib ki, əlverişsiz hava şəraitinin keçməsini gözləyəcək və nə olursa-olsun çıxış edəcək.