• 27 °C
|

Kiyev yaxınlığında Yermolayevə qarşı Monakoda sui-qəsddə şübhəli bilinən qadının meyiti tapılıb

7 İyul 2026
img

Kiyev yaxınlığında iyulun 6-da Monakoda sanksiyalar altında olan iş adamı Vadim Yermolayevə qarşı sui-qəsd cəhdində şübhəli bilinən qadının meyiti tapılıb.

Bu barədə "Ukrainska Pravda" hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, qadının meyiti iyulun 6-da saat 23:00 radələrində aşkarlanıb. Onun güllələnərək öldürüldüyü qeyd olunur.

Həmçinin bildirilib ki, qadın 2025-ci il martın 22-dən 2026-cı il iyulun 1-dək Ukrayna hüdudlarından kənarda olub.

Nəşrin hüquq-mühafizə orqanlarındakı digər mənbəsinin sözlərinə görə, cinayət işi üzrə artıq iki nəfər saxlanılıb. Onlardan biri Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (GUR) fəaliyyətdə olan zabiti, digəri isə hüquq-mühafizə orqanlarının sabiq əməkdaşıdır.

Qeyd edək ki, iyunun 29-da Monakoda yaşayış evinin yaxınlığında törədilən partlayışda ukraynalı biznesmen Vadim Yermolayev və ailəsi müxtəlif dərəcəli xəsarətlər alıb.