• 26 °C
|

“Reuters”: Tramp NATO liderləri ilə qapalı görüşlərdə ABŞ-ı ittifaqda saxlamaq istədiyini deyib

8 İyul 2026

ABŞ prezidenti Donald Tramp Ankarada NATO ölkələrinin liderləri ilə görüşdə onlara ABŞ-ı hərbi blokda saxlamaq niyyətində olduğunu deyib.

Bu barədə görüşlərdən məlumatlı mənbə “Reuters”ə danışıb.

Mənbənin sözlərinə görə, Tramp qapalı görüşlərdə ABŞ-ın NATO-ya silah satmağa davam etməyə hazır olduğunu ifadə edib.

O da qeyd olunub ki, ABŞ lideri İspaniya ilə bağlı tənqidini qapalı görüşdə bildirməyib və İranla razılaşmanın sona çatdığı barədə də heç nə deməyib.

Hətta, Qrenlandiya haqqında söz açmayıb.