• 27 °C
|

Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub

9 İyul 2026
img

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi tərəfindən bu ilin birinci yarımilində 25,3 min şəxsə əlillik təyin edilib.

ƏƏSMN-dən APA-ya verilən məlumata görə, onlardan 10,9 min şəxsə ilkin, 14,4 min şəxsə isə təkrar əlillik təyinatı aparılıb.

Qeyd olunub ki, əlilliyin qiymətləndirilməsi elektron sistem üzərindən, tibb müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında həyata keçirilir. Əlillik təyinatından sonra e-sistem üzərindən əlilliyə görə proaktiv qaydada sosial ödənişlər təyin edilir.