• 29 °C
|

Göygöldə 86 yaşlı qadının meyiti tapılıb

10 İyul 2026
img

Göygöl rayonunda 86 yaşlı qadının meyiti tapılıb.

APA xəbər verir ki, hadisə ötən gün rayonun Şəhriyar kəndində baş verib.

Məlumata görə, kənd sakini 1940-cı il təvəllüdlü qadının üzərində zorakılıq əlamətləri görünməyən meyiti kəndin ərazisində tapılıb.

Faktla bağlı araşdırma aparılır.