• 28 °C
|

Tramp Vens və Rubioya İranla danışıqları davam etdirməyi tapşırıb

11 İyul 2026
img

ABŞ prezidenti Donald Tramp vitse-prezident Ceyms Devid Vens, dövlət katibi Marko Rubio və digər rəsmilərə İranla danışıqları davam etdirməyi tapşırıb.

Bu barədə adı açıqlanmayan ABŞ rəsmisinə istinadən CBS telekanalı məlumat yayıb.

"Prezident Tramp Vens, kürəkəni Cared Kuşner, xüsusi nümayəndə Stiv Uitkoff və Rubionun rəhbərlik etdiyi komandasına danışıqları davam etdirməyi tapşırıb", – məlumatda deyilir.