
Konqo Demokratik Respublikasında fəaliyyət göstərən humanitar təşkilatın əməkdaşı olan ABŞ vətəndaşında Bundibuqyo ştamına aid Ebola virusu aşkarlanıb.
CNN xəbər verir ki, ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (CDC) bildirib ki, xəstənin şəxsiyyəti və vəziyyəti ilə bağlı əlavə məlumat açıqlanmır.
Bununla yanaşı qeyd edilir ki, ABŞ Dövlət Departamentinin nümayəndəsi də hadisədən xəbərdar olduqlarını və yoluxmuş ABŞ vətəndaşına dəstək göstərmək üçün müvafiq işlərin görüldüyünü təsdiqləyib.
Qeyd edək ki, bu, Konqoda davam edən hazırkı Ebola epidemiyası zamanı yoluxduğu təsdiqlənən ikinci ABŞ vətəndaşıdır. Epidemiyanın ilk günlərində Konqoda çalışan amerikalı həkim də virusa yoluxmuşdu, müalicə üçün Almaniyaya aparılıb.