
ABŞ dövlət katibi Marko Rubio Vaşinqtonun Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) qarşı kampaniyada bütün mövcud vasitələrdən istifadə edəcəyini bildirib.
Bu barədə o, "Substack" platformasında paylaşdığı məqalədə yazıb.
Rubionun sözlərinə görə, BCM ABŞ Silahlı Qüvvələrinin və hüquq-mühafizə orqanlarının fəaliyyətinə müdaxilə edir və bu, ölkənin suverenliyinə təhdid yaradır.
“Tramp administrasiyası hər zaman hərbçilərimizi bu təhdiddən qoruyacaq. ABŞ sadə bir prinsip əsasında diplomatik kampaniyaya başlayır: suveren dövlətlər qlobalizmdən üstündür”, – deyə Rubio bildirib.
O vurğulayıb ki, ABŞ hökuməti bütün imkanlarından istifadə edərək və müttəfiqlərlə əməkdaşlıq edərək zərurət yaranarsa, BCM-ni “kərpic-kərpic sökəcək”.