• 27 °C
|

ABŞ İrana qarşı növbəti zərbə seriyasını başa çatdırıb – YENİLƏNİB

18 İyul 2026
img

ABŞ Silahlı Qüvvələri İran ərazisinə növbəti zərbə seriyasını başa çatdırıb.

APA xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

Bildirilib ki, zərbələr ardıcıl yeddinci gecə həyata keçirilib. Əməliyyat zamanı müşahidə məntəqələri, hərbi logistika infrastrukturu, yeraltı silah anbarları və İran Hərbi Dəniz Qüvvələrinə məxsus vasitələr vurulub.

***
00:18

ABŞ Silahlı Qüvvələri İrana qarşı yeni zərbələr seriyasına başlayıb.

APA xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

Bildirilib ki, yeni hücum dalğası ABŞ-ın şərq sahili vaxtı ilə saat 15:00-da başlayıb və bu, ardıcıl yeddinci gecə həyata keçirilən əməliyyatlardır.

Komandanlıq qeyd edib ki, zərbələrin məqsədi İranın hərbi potensialını daha da zəiflətməkdir.