• 26 °C
|

Fransada Deşam dövrü rəsmən başa çatıb

19 İyul 2026
img

Didye Deşamın Fransa millisindəki baş məşqçi karyerası rəsmən başa çatıb.

Apasport.az xəbər verir ki, təcrübəli mütəxəssisin yığmadakı son oyunu 2026-cı il dünya çempionatının üçüncü yer uğrunda İngiltərəyə qarşı keçirilən görüş olub.

Fransa matçda 4:6 hesabı ilə məğlub olub.

57 yaşlı mütəxəssis 2012-ci ildən rəhbərlik etdiyi yığma ilə 2018-ci ildə dünya çempionu olub, 2022-ci il dünya çempionatında və AVRO-2016-da gümüş medal qazanıb. O, həmçinin 2021-ci ildə Fransa millisini UEFA Millətlər Liqasının çempionu edib.

Qeyd edək ki, Deşamın yerinə Fransa millisinin yeni baş məşqçisi vəzifəsinə Zinəddin Zidanın gətiriləcəyi gözlənilir.