• 28 °C
|

ABŞ İrana qarşı zərbə dalğasının başa çatdığını açıqlayıb – YENİLƏNİB

22 İyul 2026
img

ABŞ ordusunun İrana başlatdığı yeni zərbə dalğası başa çatıb.

APA xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) “X” hesabında məlumat verilib.

"CENTCOM qüvvələri ardıcıl on birinci gecədir ki, İrana zərbələr endirir. Mərkəzi Komandanlığın hədəfləri arasında İran əməliyyat mərkəzləri, dəniz obyektləri, təyyarə anqarları, dron saxlama yerləri və hərbi logistika infrastrukturu var idi", – məlumatda deyilir.

***

04:26

ABŞ ordusu İran ərazisinə qarşı daha bir sıra zərbələr endirib.

APA xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) “X” hesabında məlumat verilib.

"CENTCOM qüvvələri bu gün Şərq vaxtı ilə saat 19:00-da (Bakı vaxtı ilə saat 03:00) İrandakı hərbi hədəflərə zərbələr endirməyə başlayıb", – məlumatda deyilir.

Məlumatda o cümlədən zərbələrin ardıcıl on birinci gecədir ki, həyata keçirildiyi və İranın Hörmüz boğazında ticarət gəmiçiliyini təhdid etmək qabiliyyətini azaltmaq məqsədi daşıdığı bildirilir.