• 24 °C
|

Türkiyə Super Liqası: “Qalatasaray” öz meydanında minimal hesablə qələbə qazanıb

13 Sentyabr 2026
img

Türkiyə Super Liqasında V tur davam edir.

Apasport.az xəbər verir ki, bu gün “Qalatasaray” meydana çıxıb.

Komanda "Kocaelispor"u qəbul edib.

Oyun "sarı-qırmızılılar"ın tam üstünlüyü ilə keçib. Hesab ikinci hissədə açılıb. Abdülkerim Bardakcı fərqlənib. Bu, matçda yeganə qol olub – 1:0.

Qeyd edək ki, xallarının sayını 13-ə çatdıran "Qalatasaray" liderliyini davam etdirir.