• 25 °C
|

Gürcüstan DTX-nın rəhbəri istefa verib, yeni vəzifəyə təyinat alıb – YENİLƏNİB

14 Sentyabr 2026
img

Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin bu gün istefa vermiş rəhbəri Geka Geladze daxili işlər nazirinin müavini vəzifəsini tutacaq.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Baş naziri İrakli Kobaxidze brifinqdə bildirib.

O qeyd edib ki, Geka Geladze bilik və təcrübəsi ilə Gürcüstanın Daxili İşlər Nazirliyindəki komandanı əhəmiyyətli dərəcədə gücləndirəcək.

***

12:08

Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəhbəri Geka Geladze istefa verib.

APA-nın yerli bürosu xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında bildirib.

O vurğulayıb ki, siyasi komanda ilə məsləhətləşmələrdən sonra fəaliyyətini başqa qurumda davam etdirəcək.

Qeyd edək ki, Geka Geladze bu ilin aprelindən DTX-nın rəhbəri vəzifəsini tuturdu. Bundan öncə isə o, daxili işlər naziri olub.