• 24 °C
|

ABŞ Hörmüz boğazından 1 milyard barel neftin daşınmasına kömək etdiyini açıqlayıb

19 Sentyabr 2026
img

ABŞ hərbçiləri son bir neçə ay ərzində Hörmüz boğazından təxminən 1 milyard barel neftin daşınmasına yardım göstərib.

APA xəbər verir ki, bunu ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bred Kuper bildirib.

“Son bir neçə ay ərzində Hörmüz boğazından 1 milyard barel neft daşınıb. Buna boğazdan keçən 2 mindən çox kommersiya gəmisinə dəstək göstərməklə nail olmuşuq”, – Kuper CENTCOM-un yayımladığı videomüraciətdə deyib.

CENTCOM rəhbəri əlavə edib ki, ABŞ regiondakı tərəfdaşları ilə onların hava hücumundan müdafiə imkanlarının gücləndirilməsi üzərində işləyir.

Onun sözlərinə görə, eyni zamanda zərbə PUA-larından ibarət yeni koalisiya qrupu formalaşdırılır.