• 25 °C
|

Göygöldə ər arvadını qətlə yetirib

20 Sentyabr 2026
img

Göygöldə qətl hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Üçtəpə kəndi ərazisindən qeydə alınıb.

Belə ki, kənd sakini olan orta yaşlı kişi arvadına küt alətlə zərbə endirib. Qadın aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.