
Türkiyənin Manisa vilayətində silahlı insidentdə xəsarət alanların sayı 11-ə çatıb.
APA-nın Türkiyə bürosu xəbər verir ki, silahlı hücumu törədən şəxsin valideynləri və babası saxlanılıb.
***
11:20
Türkiyənin Manisa vilayəti Turgutlu rayonunda İnci Üzmez Peşə və Texniki Anadolu Liseyinin yaxınlığında baş verən silahlı insidentdə xəsarət alan şagirdlərin sayı 10-a çatıb.
APA xəbər verir ki, hadisə nəticəsində bir şagird ölüb.
Yerli media hadisəni törətməkdə şübhəli bilinən şəxsin saxlanıldığını bildirir.
***
10:16
Türkiyənin Manisa vilayəti Turgutlu rayonunda İnci Üzmez Peşə və Texniki Anadolu Liseyinin yaxınlığında silahlı insident baş verib.
APA-nın Türkiyə bürosu yerli KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 4 şagirdin yaralandığı bildirilib.
“Hazırda əməkdaşlarımız hadisə ilə bağlı araşdırmaları davam etdirir. İctimaiyyətə hadisənin gedişatı ilə bağlı əlavə məlumat veriləcək”, – valiliyin açıqlamasında qeyd olunub.