• 19 °C
|

Kürdəmirdə ildırım 51 yaşlı kişini vuraraq öldürüb

29 Sentyabr 2026
img

Kürdəmirdə ildırım vurması nəticəsində bir nəfər ölüb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə bu gün rayonun Şıxımlı kəndində baş verib.

Belə ki, ərazidə çobanlıq edən Ağsu rayonunun Qasımbəyli kənd sakini, 1975-ci il təvəllüdlü Hacalıyev Zahir Vahid oğlunu ildırım vurub.

O, hadisə nəticəsində həyatını itirib.