• 19 °C
|

Naxçıvanda motosikletlə skuter toqquşub, 3 nəfər xəsarət alıb

30 Sentyabr 2026
img

Naxçıvanda motosikletlə skuterin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində baş verib.

Qəza nəticəsində Uğur Əsgərov, Amin Quliyev və Simuzər Xəlilli xəsarət alıblar. Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.