
ABŞ Dövlət Departamenti Prezident Donald Tramp 2025-ci ildə vəzifəyə başlamasından bu yana 250 mindən çox vizanı ləğv edib.
Bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Tommi Piqqott “Fox News” telekanalına bildirib.
“Prezident Tramp və dövlət katibi Marko Rubio dövründə Dövlət Departamenti 250 mindən çox vizanı ləğv edib. Bu, Amerika xalqının müdafiəsinə sarsılmaz sadiqliyimizi əks etdirən tarixi göstəricidir”, – deyə o bildirib.
Piqqott qeyd edib ki, ABŞ hakimiyyətinin viza ilə bağlı hər bir qərarı ölkənin milli təhlükəsizliyinə aid məsələdir.