• 13 °C
|

Türkiyədə Eyüpsultan bələdiyyəsinin sədri saxlanılıb

2 Oktyabr 2026
img

Türkiyənin İstanbul şəhərində Eyüpsultan Bələdiyyəsinə qarşı aparılan istintaq çərçivəsində bələdiyyə sədri Mithat Bülent Özmen də daxil olmaqla, 28 nəfər saxlanılıb.

APA xəbər verir ki, Ankara Respublika Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində Eyüpsultan Bələdiyyəsinin xidmət binasında da axtarış aparılıb.

Məhkəmə mənbələrinə əsaslanan məlumatlara görə, 28 şübhəli barəsində cinayət təşkilatına üzvlük, rüşvət alma, rüşvət vermə və tenderə müdaxilə etmə ittihamları üzrə saxlanılma qərarı verilib.

Qeyd edək ki, Mithat Bülent Özmen 2024-cü il yerli seçkilərində Eyüpsultan Bələdiyyəsinin sədri seçilib.