• 18 °C
|

Hörmüz boğazında nəhəng neft tankeri minaya düşərək partlayıb

10 Oktyabr 2026
img

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazında nəhəng neft tankerinin dəniz minasına toxunaraq partladığını açıqlayıb.

APA xəbər verir ki, SEPAH-ın məlumatına görə, hadisə tanker İranın qeyri-qanuni hesab etdiyi marşrutla boğazdan keçməyə cəhd göstərərkən baş verib.

Tankerin adı, mənsub olduğu ölkə, ekipaj üzvlərinin vəziyyəti və mümkün insan tələfatı barədə məlumat verilməyib.