
Qəzza zolağına kommersiya yüklərinin girişi dayandırıldıqdan sonra bölgədə əsas ərzaq məhsullarının qiymətləri kəskin artıb.
APA “Al Jazeera”yə istinadən xəbər verir ki, ticarət yüklərinin girişinə tətbiq edilən məhdudiyyətlər artıq beşinci gündür davam edir.
Bildirilib ki, oktyabrın 14-dən etibarən un, yumurta, soğan və digər gündəlik tələbat mallarının qiymətləri yüksəlib. Sakinlər sərhəd keçidlərinin bağlı qalacağı təqdirdə ərzaq qıtlığının daha da dərinləşəcəyindən narahatdırlar.
Qəzza rəsmiləri vasitəçiləri və beynəlxalq təşkilatları mövcud razılaşmalara uyğun olaraq bölgəyə gündəlik 600 yük maşınının girişini təmin etməyə çağırıblar.
BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin (OCHA) məlumatına görə, 2026-cı ilin sentyabrında Qəzzada ərzaq qiymətləri 2023-cü ilin oktyabrından əvvəlki dövrlə müqayisədə orta hesabla 204 faiz yüksək olub.
Bölgə sakinləri məhdudiyyətlərin davam edəcəyi təqdirdə ərzaq təminatının daha da çətinləşəcəyini bildiriblər.