22 Okt 2026
Dialoq üçün zəmin yaradılması məqsədilə təhdidlər və sanksiyalar praktiki olaraq aradan qaldırılmalıdır.
APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Prezidenti Məsud Pezeşkian “X” hesabında yazıb.
O qeyd edib ki, hər gün sanksiya və təzyiqləri artırmaq, qarşılıqlı əlaqə yollarını bağlamaq və eyni zamanda danışıqlardan dəm vurmaq olmaz.
“Təhdid və təzyiq dili ilə dialoqun mənası yoxdur”,-Pezeşkian əlavə edib