22 Okt 2026

Səudiyyə Ərəbistanının şərqində yerləşən Dammam şəhərinin hava limanına hücum edilib.
“Al Arabiya” telekanalının ölkənin Mülki Aviasiya Baş İdarəsinə istinadən məlumatına görə, hadisə oktyabrın 21-i axşam saatlarında baş verib.
Hücum nəticəsində 1 nəfər həlak olub, daha 8 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Hazırda hava limanına dəymiş ziyanın miqyası qiymətləndirilir.
Hücumun kim tərəfindən və hansı vasitələrlə həyata keçirildiyi barədə əlavə məlumat açıqlanmayıb.