• 21 °C
|

Filippində təlim təyyarələri qəza törədib, 4 nəfər ölüb

24 Oktyabr 2026

Filippin Hərbi hava Qüvvələrinə məxsus iki təlim təyyarəsi qəzaya uğrayıb.

“Reuters”in xəbərinə görə, nəticədə 4 pilot ölüb.

Bildirilib ki, hadisə Batanqas vilayətində yerləşən Fernando aviabazası ərazisində “SF-260” tipli təyyarələri havada toqquşub.

Faktla bağlı araşdırma aparılır.