• 16 °C
|

İspaniyada sürət qatarları toqquşub, ölü sayı 50-yə çatıb – YENİLƏNİB-2 – VİDEO

28 Oktyabr 2026
img

İspaniyada baş verən qatar qəzasında ölənlərin sayı 50 nəfərə çatıb.

“El Espanol”-un xəbərinə görə, sürət qatarlarının toqquşması nəticəsində ən azı 50 nəfər ölüb, 179-dan çox insan yaralanıb.

Qəzaya uğrayan qatarlarda ümumilikdə 544 sərnişin olub.

***

13:45

İspaniyanın Toledo vilayətində baş verən qatar qəzasında ölənlərin sayı 46 nəfərə çatıb.

Bu barədə “The Telegraph” məlumat yayıb.

***

13:34

İspaniyada sürət qatarlarının toqquşması nəticəsində ölənlərin sayı artıb.

“Sky News”un yerli qurumlara istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində ölənlərin sayı 39 nəfərə çatıb.

Qeyd edək ki, bu, il ərzində İspaniyada baş verən ikinci qatar qəzasıdır. Belə ki, yanvarın 18-də baş vermiş qəzada 45 nəfər ölüb, 170 nəfər xəsarət alıb.

***

13:10

İspaniyada sürət qatarlarıtoqquşub.

“Reuters”in xəbərinə görə, hadisə Toledo vilayətində baş verib.

İki sürət qatarınıntoqquşmasınəticəsində paytaxt Madridi Əndəlüs regionu ilə əlaqələndirən xətt fəaliyyətini dayandırıb. Hadisə nəticəsində ən azı 10 nəfərin öldüyü, çoxsayda yaralının olduğu bildirilib.

Hələlik qəzanın səbəbləriilə bağlı məlumat yoxdur.