• 17 °C
|

Zərdabda yol qəzasında 4 nəfər xəsarət alıb – FOTO

30 Oktyabr 2026
img

Zərdabda yol qəzası olub.

APA– nın yerli bürosunun xəbərinə görə, rayon sakini, 1951-ci il təvəllüdlü Cavanşir Məmmədovun idarə etdiyi “Opel Astra” markalı avtomobillə, Ağdam sakini, 1988-ci il təvəllüdlü İsa Bəxtiyarovun idarə etdiyi “Kia Forte” markalı avtomobil toqquşub.

Nəticədə hər iki sürücü və sərnişin qismində olan Ağdam sakininləri -1963- ci il təvəllüdlü Vidadi Bəxtiyarov və 2011- ci il təvəllüdlü Tural Bəxtiyarov xəsarət alaraq Zərdab Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.