|

Tbilisidə “Vağzal meydanı” ərazisində yanğın lokallaşdırılıb – YENİLƏNİB – VİDEO

2 Noyabr 2026
img

Tbilisidə "Vağzal meydanı" ərazisindəki piyada körpüsündə baş vermiş yanğın lokallaşdırılıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Fövqəladə Halların İdarə olunması Xidmətindən bildirilib.

Qeyd olunub ki, hazırda yanğının tam söndürülməsi istiqamətində işlər davam etdirilir, alovun yayılma təhlükəsi aradan qaldırılıb.

Hadisə zamanı xəsarət alanların olub-olmaması barədə hələ məlumat yoxdur.

***

15:54

Tbilisidə "Vağzal meydanı" metrostansiyası yaxınlığında güclü yanğın başlayıb.

APA-nın yerli bürosu xəbər verir ki, yanğın piyada keçidində qeydə alınıb.

Əraziyə yanğınsöndürmə və xilasetmə briqadaları cəlb edilib.

Hadisənin səbəbi və digər təfərrüatlar hələ məlum deyil.