
Paraqvayın sabiq prezidenti Santyaqo Penya “Ueno bankın” iflası ilə bağlı iş üzrə müvəqqəti həbs edilib.
APA xəbər verir ki, bu barədə “Ultima Hora” qəzeti məlumat yayıb.
Məhkəmə hakimi Umberto Otasu onun prezident mühafizə alayının ərazisində saxlanılması ilə bağlı qərar qəbul edib.
Bankın iflası nəticəsində təxminən 3 milyon müştərinin hesabları dondurulub.
Prokurorluq Penyanı etibardan sui-istifadədə və əmlakı şəxsi maraqlar naminə idarə etməkdə ittiham edib. İstintaq dövlət və pensiya vəsaitlərinin “Ueno” bankına yerləşdirilməsi, eləcə də bank fəaliyyətinə nəzarət zamanı mümkün qanun pozuntularını araşdırır.
Qeyd edək ki, noyabrın 6-da senatorlar bank qalmaqalına görə Penyanın impiçmentini dəstəkləyiblər. Vəzifəsindən uzaqlaşdırıldıqdan sonra o saxlanılıb.