
UFC-nin rəhbəri Dana Uayt ABŞ Prezidenti Donald Trampla noyabrın 9-da Ağ Evdə görüşəcəyini təsdiqləyib.
APA xəbər verir ki, bu barədə Uayt Böyük Britaniyada jurnalistlərə açıqlamasında bildirib.
“Mən hazırda Vaşinqtona yola düşürəm. Bazar ertəsi Trampla görüşümüz planlaşdırılıb”, – UFC rəhbəri deyib.
Bundan əvvəl Tramp “Truth Social” hesabında Dana Uayta Ağ Evin mətbuat katibi vəzifəsini təklif etdiyini açıqlayıb.
Jurnalistlər Uaytdan UFC-dəki fəaliyyətini Ağ Evin mətbuat katibi vəzifəsi ilə eyni vaxtda davam etdirə bilib-bilməyəcəyini soruşublar.
“Bəli, onsuz da kifayət qədər çox işim var”, – o cavab verib.
Tramp, həmçinin rusiyalı UFC döyüşçüləri İslam Mahaçev və Həbib Nurməhəmmədovun Uaytın köməkçiləri təyin olunmasını təklif edib.
Dana Uaytın təklifi qəbul edib-etmədiyi hələlik məlum deyil.
***
23:52
ABŞ prezidenti Donald Tramp UFC-nin prezidenti Dana Uayta Ağ Evin mətbuat katibi vəzifəsini təklif etdiyini açıqlayıb.
APA xəbər verir ki, bu barədə öz “Truth” hesabında məlumat verib.
“Böyük döyüşçü və mübariz insan olan Dana Uayta ABŞ prezidentinin mətbuat katibi vəzifəsi təklif edildiyimi bildirməkdən məmnunam”, – Tramp yazıb.