• 11 °C
|

İsrail Qəzza ilə bağlı Trampın planının həyata keçirilməsi üçün şərtlərini irəli sürüb

11 Noyabr 2026
img

İsrail ABŞ prezidenti Donald Trampın Qəzza zolağı ilə bağlı 20 bəndlik planının həyata keçirilməsi üçün vasitəçilərdən HAMAS-ın bütün ərazi üzrə dərhal tərksilah edilməsini tələb etmələrini istəyib.

APA xəbər verir ki, bu barədə noyabrın 10-da İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi məlumat yayıb.

Məlumatda bildirilib ki, plana əsasən, Qəzzanın bərpasına başlanmazdan əvvəl HAMAS tərksilah edilməli, bölgə isə hərbsizləşdirilməlidir. İsrail tərəfi HAMAS-ın indiyədək heç bir silah təhvil vermədiyini vurğulayıb.