• 17 °C
|

Qara dənizdə göyərtəsində 13 Azərbaycan vətəndaşı olan gəmiyə PUA zərbəsi endirilib – VİDEO

15 Noyabr 2026
img

Qara dənizdə göyərtəsində 13 Azərbaycan vətəndaşı olan gəmiyə hücum edilib.

APA xəbər verir ki, hadisə noyabrın 15-nə keçən gecə Rumıniya sahillərində, Sulina limanının yaxınlığında baş verib.

PUA zərbəsi endirilən gəmidə ümumilikdə 14 ekipaj üzvü, o cümlədən bir Türkiyə vətəndaşı olub.

Xəsarət alan yoxdur.

Ekipaj təxliyə olunmağı gözləyir.