• 14 °C
|

Rusiya ordusu Krivoy Roqu ballistik raketlərlə atəşə tutub, 2 nəfər ölüb, 42 nəfər yaralanıb

21 Noyabr 2026
img

Ukraynanın Krivoy Roq şəhəri raket hücumuna məruz qalıb.

APA xəbər verir ki, ballistik raketin düşməsi nəticəsində 2 nəfər ölüb, 42 nəfər yaralanıb. Yaralılar arasında uşaqların da olduğu bildirilir.

"Saat 23:00-a olan məlumata görə, dördü uşaq da daxil olmaqla 42 nəfər yaralanıb. 20 yaşlı qız və 7 yaşlı oğlan ölüb. 27 nəfərin vəziyyəti ağırdır. Həkimlər onlara və bütün yaralılara bütün lazımi yardımı göstərirlər", – Şəhər Müdafiə Şurasının sədri Oleksandr Vilkul “Telegram” kanalında yazıb.

Hücum nəticəsində şəhərdə bir xəstəxana, 23 yaşayış binası və bir neçə obyektə ziyan dəyib.