• 15 °C
|

Jair Bolsonaro reanimasiya şöbəsinə yerləşdirilib

23 Noyabr 2026
img

Braziliyanın sabiq prezidenti Jair Bolsonaro bağırsaq keçməzliyi səbəbilə reanimasiya şöbəsində müalicə olunur.

APA xəbər verir ki, bu barədə “O Globo” qəzeti məlumat yayıb.

Onun vəziyyəti stabil olaraq qiymətləndirilir, lakin hələlik xəstəxanadan buraxılması planlaşdırılmır.

Qəzetin verdiyi məlumata görə, Bolsonaroda qarın boşluğunun kəskin obstruktiv patologiyası aşkarlanıb və müalicəyə başlanılıb.